Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli bloqer Aybəniz Xəlilovanın məhkəməsi yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənildi. Məhkəmə sənədlərin tədqiqinə başlayıb.
Növbəti iclas iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, tiktoker X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə iş başlanıb. Şikayətçi bildirib ki, Aybəniz Xəlilova ondan 836 min manat pul tələb edib.












