Yanvar-may aylarında qanunsuz dövriyyədən 4 ton 263 kq narkotik çıxarılıb. Dəyəri 111,8 milyon manatdır.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Müsadirə edilən narkotiklərin 3,6 tonu marixuana, 212 kq-ı heroin, 88 kq-ı tiryək, 214 kq-ı həşişdir.
Ayrıca 4 486 ədəd metadon həbi, 3 660 ədəd çətənə bitkisi və 29 psixotrop həb aşkar edilib.












