Bakıda bibisinin qızını bıçaqlamaqda və digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə prosesdə zərərçəkən Nailə Səlimova ifadə verib. O, təqsirləndirilənin bibisinin qızıdır. Qətlə yetirilən Elşad Baxışovu tanısa da, yaxınlığı olmayıb.
Zərərçəkən bildirib ki, cinayət qısqanclıqdan törədilib və barışmayıb.
Prosesdə hadisə yerinin videogörüntüləri nümayiş etdirilib. Məhkəmə istintaqı yekunlaşıb. Çıxışlar üçün proses iyulun 1-nə təxirə salınıb.
Hadisə apreldə Zığ qəsəbəsində baş verib. Kamal Baxşıyev Nailə Səlimovanı çox sayda bıçaqla yaralayıb, sonra Elşad Baxışovu öldürüb. O, həbs edilib.












