Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın məhkəmə prosesində dövlət ittihamçısı cəza tələb edib.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək, İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını təklif edib.
Proses çıxışlarla davam edib. Növbəti iclas iyunun 25-nə təyin edilib.












