Gül kələmi yükü adı altında 90 kiloqramdan çox narkotik daşıyan şəxslər ifşa edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, "Astara" gömrük postunda İrandan Rusiyaya tranzit keçən bir nəqliyyat vasitəsi yoxlanılıb.
Yoxlama zamanı 160 bağlamada gizlədilən 90 kiloqram 945 qram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.












