DİN Su Nəqliyyatında Polis İdarəsi Hövsanda əməliyyat keçirib. Nəticədə külli miqdarda narkotik aşkarlanıb.
Oxu.Az-a istinadən verilən məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsi Qum adasında narkotik satışı ilə bağlı məlumat daxil olub. Keçmiş məhkum Vüqar Tahirov saxlanılıb və ondan marixuana tapılıb.
Faktla bağlı araşdırma davam edir. Su polisi Xəzər dənizi və digər su hövzələrində nəzarəti gücləndirib.












