İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsi narkotiklərə qarşı əməliyyat keçirib.
44 yaşlı Rəşad Mazanovdan 10 kiloqram marixuana tapılıb. O, narkotikləri satmaq üçün meşədə gizlədirmiş.
Digər bir əməliyyatda 36 yaşlı Paşa Usubov tutulub. Evindən 31 ədəd çətənə kolu götürülüb.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi başlanılıb.












