Bond.az White LogoBond.az Black Logo

Masaj salonu sahibindən pul tələb edən şəxsə məhkəmə

Masaj salonu sahibindən pul tələb edən Səid Rüstəmzadə hədə-qorxu ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Prosesin təfərrüatları oxuyun.

Qədir Seyidov
Müəllif:Qədir Seyidov- Senior Editor
|
0

Vətəndaşa qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib.

Zərərçəkmiş bildirib ki, paytaxtın Nəsimi rayonunda masaj salonu işlədib: "Salonda məndən başqa inzibatçı və üç masajçı işləyirdi. Salon qanuni fəaliyyət göstərirdi. Bir nəfər özünü vəzifəli şəxs kimi təqdim edərək salona gəldi. O, salona himayədarlıq edəcəyini və heç bir hüquq-mühafizə orqanı əməkdaşının gəlməyəcəyini bildirdi."

Buna görə ona 3 min manat verib və aylıq ödənişə razılaşıb: "Daha sonra ödəniş edə bilmədim, səhhətimdə problemlərim olduğunu bildirdim. Mənə dedi ki, sənə problem yaradaram."

Şahid Gülnaz Hüseynova ifadəsində bildirib ki, Səid salona daxil olub və müdiriyyəti soruşub: "Kostyumda idi, əlində qırmızı sənəd göstərdi. Sonra müdirlə danışdı. Müdirdən söhbətin yekununu soruşanda dedi ki, Səid masaj salonunun işləməsinə görə 30 min manat tələb edib."

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib. Səid Rüstəmzadə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.

Digər Xəbərlər
Dünən / 14:02
|
419

"Beniz"in məhkəməsi yekunlaşır

"Beniz" ləqəbli bloqer Aybəniz Xəlilovanın məhkəmə istintaqı yekunlaşır. Növbəti iclas iyulun 7-nə təyin edilib.

0
Dünən / 13:32
|
368

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini öldürdü - Məhkəmə

Bakıda qısqanclıq cinayəti: Kamal Baxşıyev bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini öldürdü. Məhkəmə prosesi iyulun 1-nə təxirə salındı.

0
2026-06-29 16:02
|
776

Bakıda skuterdən telefon oğurluğu

Bakıda skuterdən mobil telefon oğurluğu ilə bağlı şübhəli şəxs saxlanıldı. Yasamal rayonunda baş verən hadisə araşdırılır.

0
2026-06-29 15:01
|
517

Badamdarda oğurluq: keçmiş məhkum yaxalandı

Badamdar qəsəbəsində marketdən oğurluq edən keçmiş məhkum polis tərəfindən yaxalanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

0
2026-06-29 14:31
|
215

Avtobusla piyadanı vuran sürücüyə 5 il 6 ay həbs

Bakıda marşrut avtobusu ilə piyadanı vuraraq öldürən sürücüyə 5 il 6 ay həbs cəzası verilib. Məhkəmə qərarı və hadisə detalları.

0
2026-06-28 08:31
|
823

Nərimanovda qanlı dava: 37 yaşlı şəxs bıçaqlandı

Bakının Nərimanov rayonunda 37 yaşlı şəxs iki ayağından bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

0
2026-06-28 08:01
|
424

Bakıda qadın ərini baltaladı

Bakının Yasamal rayonunda 60 yaşlı qadın ərini baltalayıb, ağır xəsarətlər yetirib. Hadisə ailə mübahisəsi zəmnində baş verib.

0
2026-06-27 09:31
|
833

ABŞ-də qulaqlıq qətlinin şok təfərrüatı

ABŞ-də 18 yaşlı gənc oğurlanmış qulaqlıqlarına görə sinif yoldaşını qətlə yetirdiyini etiraf edib. Şok təfərrüatlar və gözlənilən cəza.

0
2026-06-26 09:31
|
987

Ağsuda narkotik plantasiyası aşkarlandı

Ağsuda dağlıq ərazidə 59 ədəd çətənə kolu aşkar edildi. Şübhəli şəxs saxlanıldı, cinayət işi başlandı.

0
2026-06-25 12:31
|
892

Şirvanda narkotiklə idarə edən sürücü həbs olundu

Şirvanda hüquqsuz və narkotik təsiri altında avtomobil idarə edən sürücü 20 gün həbs olunub.

0
2026-06-25 12:01
|
912

Gül kələmi ilə 90 kq narkotik keçirənlər ifşa olundu

Gül kələmi adı ilə İrandan 90 kq narkotik gətirənlər ifşa olundu. Astara gömrük postunda marixuana aşkarlandı.

0
2026-06-25 09:01
|
902

Hövsanda su polisindən narkotik əməliyyatı

Su polisi Hövsanda əməliyyat keçirib, Vüqar Tahirovdan külli miqdarda marixuana aşkarlanıb. Araşdırma davam edir.

0
...
Masaj salonu sahibindən pul tələb edən şəxsə məhkəmə | Bond.az