Bond.az White LogoBond.az Black Logo

Monteneqrodan Azərbaycana ekstradisiya

İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşı Hidayət Süleymanov Monteneqrodan ekstradisiya olunur.

Sevinc İsmayılova
Müəllif:Sevinc İsmayılova- Senior Editor
|
0

Baş Prokurorluğun sorğusu əsasında Monteneqro məhkəməsi ekstradisiyaya razılıq verib.

Oxu.Az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Monteneqro Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Hidayət Nemət oğlu Süleymanovun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanovun özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verməsi və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Hidayət Süleymanovun dələduzluq cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə, Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Monteneqro ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Hidayət Süleymanovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Digər Xəbərlər
Bu gün / 17:01
|
492

42 milyon manatlıq dövlət portalı cinayəti: 11 nəfər məhkəmə qarşısında

Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq cinayət işi üzrə 11 nəfər məhkəmə qarşısına çıxıb. Saxta sənədlərlə pul leqallaşdırılması ittihamı.

0
Bu gün / 09:17
|
206

Gəncədə mağaza oğrusu saxlanıldı

Gəncədə mağazalardan oğurluq edən 22 yaşlı şəxs polis tərəfindən saxlanılıb. Tütün məmulatları və pul oğurluğu ilə bağlı araşdırmalar davam edir.

0
Bu gün / 09:15
|
716

Qardaş qisası: 14 il həbs

Amil Surxayev qardaşının qisasını almaq üçün cinayət törətdi, 14 il həbs cəzası aldı.

0
Bu gün / 09:09
|
594

Vüqar Əliyev həbs olundu

Vüqar Əliyev, Etibar Pirverdiyevlə bağlı Azenco şirkətinin rəhbəri, 3 milyon manat mənimsəmə ittihamı ilə həbs edilib.

0
Dünən / 18:02
|
259

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar

Şərurda 75 yaşlı qadın çəkic və linglə qətlə yetirilib, meyiti quyuya atılıb. Qətldə şübhəli bilinən iki qadının apellyasiya şikayəti üzrə məhkəmə davam edir.

0
Dünən / 15:03
|
699

Sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi Mehdi Əmrahov 600 min manat mənimsəmədə ittiham olunur. Cinayət işi məhkəməyə göndərilib.

0
2026-07-01 09:33
|
335

Müəllimi güllələyən şagirdə ittiham elan edildi

Bakıda "İdrak" liseyində müəllim Şəhla Kamilovanı güllələyən şagirdə ittiham elan edildi. Məhkəmə prosesinin təfərrüatları.

0
2026-07-01 09:31
|
572

Ceyhun Salmanov azadlığa buraxıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı məhkəmə tərəfindən şərti cəza alaraq azadlığa buraxılıb.

0
2026-06-30 14:02
|
419

"Beniz"in məhkəməsi yekunlaşır

"Beniz" ləqəbli bloqer Aybəniz Xəlilovanın məhkəmə istintaqı yekunlaşır. Növbəti iclas iyulun 7-nə təyin edilib.

0
2026-06-30 13:32
|
368

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini öldürdü - Məhkəmə

Bakıda qısqanclıq cinayəti: Kamal Baxşıyev bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini öldürdü. Məhkəmə prosesi iyulun 1-nə təxirə salındı.

0
2026-06-29 16:02
|
778

Bakıda skuterdən telefon oğurluğu

Bakıda skuterdən mobil telefon oğurluğu ilə bağlı şübhəli şəxs saxlanıldı. Yasamal rayonunda baş verən hadisə araşdırılır.

0
2026-06-29 15:01
|
518

Badamdarda oğurluq: keçmiş məhkum yaxalandı

Badamdar qəsəbəsində marketdən oğurluq edən keçmiş məhkum polis tərəfindən yaxalanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

0
...
Monteneqrodan Azərbaycana ekstradisiya | Bond.az