Bakıda kirayə evdə qaldığı otaq yoldaşına 16 bıçaq zərbəsi endirən İbrahim Əliyev 7 il 10 ay 15 gün həbs cəzası aldı.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərli hökmü oxudu.
Xatırladaq ki, Əliyev əvvəllər də məhkum olunmuşdu. Qurbanla idman alətləri üstündə mübahisə edən şəxs daha sonra yüksək səslə TikTok izləyib. Qurban səsi azaltmağı istəyib və fiziki münaqişə başlayıb. İbrahim Əliyev qurbanı 16 dəfə bıçaqlayıb.











