Salyan Rayon Polis Şöbəsi əməkdaşları narkotik bitki kultivasiyası ilə məşğul olan şübhəlini saxlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş Orxan Bağırov həyətyanı sahəsində çətənə kolları yetişdirirmiş.
Polis baxışı zamanı 27 kq çəkisi olan 101 çətənə kolu aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb və Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.












