Xaçmazda saxlanılan İran vətəndaşları barəsində istintaq tamamlanıb. Onlar 45 kq-dan artıq qurudulmuş və 328 kq-dan artıq qurudulmamış marixuananı qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməkdə təqsirli bilinirlər.
Sərhədçiləri görən şəxslər narkotiki dənizə atsalar da, maddi sübutlar toplanıb. İş üzrə 3 nəfər həbs edilib və ittiham aktı məhkəməyə göndərilib.












