Xəzər Rayon Polis İdarəsinin DYP əməkdaşları 77-PZ-188 dövlət nömrə nişanlı "Chevrolet Nexia" sürücüsü Nurlan Mamedzadəni saxlayıb.
Oxu.Az-ın məlumatına görə, o, Şüvəlan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.
Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə N.Mamedzadə inzibati qaydada həbs edilib.












