İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqrupları üzrə test imtahanları keçiriləcək.
DİM-in məlumatına görə, imtahanlar saat 10:00 və 16:00-da başlayır. Saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanlara qeydiyyat 19-26 iyun 2026-cı il tarixlərində aparılıb və 1067 namizəd ərizə təqdim edib. Namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İmtahana şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi ilə gəlmək lazımdır. İmtahanlar Bakıda elektron formada keçiriləcək.












