Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır. Bütün məktəblərdə "Son zəng" çalınacaq.
Bu il 116 min 550 məzun üçün son zəng səslənəcək. Onlardan 55 954-ü qız, 60 596-sı oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə 25 məktəbdə ilk dəfə "Son zəng" keçirilir. 171 məzun məktəblə vidalaşır.
Qeyd edək ki, 2015-ci ildən "Son zəng" iyunun 14-də keçirilir. Bu il həftəsonu olduğu üçün bir gün əvvələ çəkilib.












