Elm və təhsil naziri Emin Əmrullayev müəllim maaşları ilə bağlı maraqlı statistika açıqlayıb.
2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqısı təxminən 4 dəfə artaraq 2026-cı ilin sentyabr ayına 1 030 manata çatıb.
Sertifikatlaşdırmada yüksək nəticə göstərərək 35 faiz əlavə alan 30 590 müəllimin orta aylıq maaşı 1 300 manat təşkil edir.
Sertifikatlaşdırmada 10 faiz əlavə alan 60 818 müəllimin maaşı 1 010 manat, iştirak etməyən və ya uğur qazanmayan 23 984 müəllimin maaşı isə 770 manatdır.











