Bakıda 271 nömrəli tam orta məktəbdə bir şagirdin digər məktəblilərə qarşı fiziki zorakılıq etdiyi iddia edilir.
Oxu.Az-ın məlumatına görə, N.A. adlı şagird demək olar ki, hər gün sinif yoldaşlarını döyür.
Təhsil müəssisəsindən verilən məlumata əsasən, hadisələr artıq uzun müddətdir davam edir.
Məsələ ilə bağlı aidiyyəti quruma rəsmi sorğu ünvanlanıb.
Qeyd edək ki, ötən ilin fevralında da həmin məktəbdə oxşar hadisə baş vermişdi.












