Bu gün saat 10:00-dan etibarən Daşkəsən, Qazax, Tovuz və Şəmkir rayonlarının bəzi hissələrində qaz təchizatı müvəqqəti dayandırılır.
Şəmkir Regional Qaz İstismar İdarəsindən verilən məlumata görə, bu, təmir işləri və yaz-yay mövsümü ilə bağlı planlı işlərlə əlaqədardır.
Daşkəsən rayonunun Xoşbulaq, Zağalı, Qazaxyolçular, Qaraqollar kəndləri, Qazax rayonunun II Şıxlı və Xanlıqlar kəndləri, həmçinin Tovuz və Şəmkir rayonlarında sənaye müəssisələrinin bir hissəsi qazsız qalacaq.










