Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntı intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək, dağlıq və dağətəyi rayonlarda isə yağıntı güclənəcək.
Yağıntılı hava çaylarda sululuğu artıracaq, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcək.












