Sertifikatlaşdırma nəticəsində 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
Elm və Təhsil Nazirliyi bildirib ki, sertifikatlaşdırmanın məqsədi müəllimlərin bilik və bacarıqlarını qiymətləndirərək təhsil keyfiyyətini artırmaq və sosial rifahını yaxşılaşdırmaqdır.
İndiyədək 84 minə yaxın təhsilverən sertifikatlaşdırmadan keçib, 73 mindən çoxunun əməkhaqqına əlavə edilib.












