79 nömrəli marşrutun bütün avtobusları yenilənir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "28 May" stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib.
İyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.












