Səkkizinci sinif şagirdi Asim Hüseynov texnologiyaya marağı ilə seçilir.
O, heç bir kursa getmədən Android üçün "Asim Chat" adlı mesajlaşma tətbiqi yaradıb. Tətbiq vasitəsilə istifadəçilər yazışa, qrup yarada və şəkil paylaşa bilər.
Baku TV-yə danışan Asim deyir: "Proqramı iki həftəyə hazırladım. Çətinliklər olsa da, araşdıraraq həll etdim. Gecə rejimi də əlavə etdim".












