Abşeron Rayon Polis İdarəsinin DYP Şöbəsi ötən gün keçirdiyi tədbirdə 122 sürücünü saxlayıb.
Sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunsuz dəyişiklik edən 30, yük qaydalarını pozan 11, piyadalara yol verməyən 18 və sərxoş idarə edən 6 sürücü barəsində protokol tərtib olunub.
Polis çağırış edir: qaydalara əməl edin!












