Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu düşəcəyi ehtimal olunur.
İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Narıncı xəbərdarlıq Bakı, Abşeron, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanı əhatə edir. Şimal-qərb küləyi 20.8-28.4 m/san sürətlə əsəcək.
Digər bölgələrdə sarı xəbərdarlıq qüvvədədir, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.












