Terapevt Anna Furqal acqarına soyuq su içməyin mədəyə zərər verdiyini bildirib. Onun sözlərinə görə, bu vərdiş həzm prosesini poza və mədə spazmına səbəb ola bilər.
Həkim vurğulayıb ki, soyuq su, xüsusən də buzlu su, hələ tam oyanmamış mədəyə daxil olduqda spazma yol açır. Orqanizm mayeni qızdırmaq üçün əlavə enerji sərf etməli olur.
Bundan əlavə, səhərlər soyuq su içmək diş minasına da mənfi təsir göstərə bilər. Furqal otaq temperaturunda su və ya 40 dərəcəyədək qızdırılmış su içməyi tövsiyə edir.
Sağlam alternativlər kimi tünd olmayan yaşıl və ya qara çay, bitki çayları, quru meyvə kompotu göstərilib.












