Ağdaş təhsil sektoruna yeni rəhbər təyin edilib. Zeynal Elşad oğlu Rəşidli bu vəzifəyə gətirilib.
Məlumatı Oxu.Az-a onun özü təsdiq edib.
Təyinat dünən Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilib. Zeynal Rəşidli bu gün kollektivə təqdim olunub.
Zeynal Rəşidli 1996-cı ildə Bakı şəhərində anadan olub. 2024-cü ilin avqust ayından Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində çalışıb. Hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Ətraflı məlumatı teleqraf.com yayıb.












