Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Yalçın Niftiyev vəzifəsini tərk edib.
O, 2024-cü ildən Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri vəzifəsində çalışırdı.
Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əsəd Əliyev Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib.
Yalçın Niftiyev isə SOCAR-da vitse-prezidentin müavini vəzifəsinə təyin olunub.












