Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin baş mütəxəssisi Sebastian Herold Ümumdünya Şəhərsalma Forumunda (WUF13) böyük maliyyə boşluğunun olduğunu bildirib.
O, "BMT-nin 2026-cı il Su Konfransı" tədbirində çıxış edərək, Almaniyanın yeni təşəbbüsü "Urban Water Catalyst Initiative"i təqdim edib.
Bu təşəbbüs kommunal xidmətləri iqtisadi cəhətdən dayanıqlı etməyi və özəl investisiyaları cəlb etməyi hədəfləyir.
Herold forumların qlobal çağırışların həllində əhəmiyyətini vurğulayıb.












