Araz çayının İmişli rayonu, Rəsullu kəndi yaxınlığında batan 2009-cu il təvəllüdlü Turan Mirişlinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, meyit batdığı yerdən 500 metr aralıda dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə iyunun 7-si axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Axtarışlara FHN-in xilasediciləri və katerlər cəlb edilib.












