Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 2 ailə (4 nəfər) köçürülüb.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gün sakinlərə yeni bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.












