Bond.az White LogoBond.az Black Logo

Astana: keçmişlə gələcəyi birləşdirən şəhər

Astana: keçmişlə gələcəyi birləşdirən şəhər. Avrasiyanın qızıl qapısı, memarlıq, muzeylər, süni intellekt mərkəzi haqqında reportaj.

Xəyalə Məmmədova
Müəllif:Xəyalə Məmmədova- Senior Editor
|
0

Astana qazax dilində "paytaxt" deməkdir. 29 il əvvəl Qazaxıstanın paytaxtı statusunu alandan sonra şəhər "Avrasiyaya qızıl qapı" ləqəbini qazanıb. Keçmiş ticarət yollarının kəsişməsində yerləşən kiçik yaşayış məntəqəsi sürətlə böyüyən şəhərə - xarici investisiyalar üçün əsas regional cəlbedici mərkəzlərdən birinə çevrilib. Dünyanın ən soyuq şəhərləri arasında ikinci yerdə olan paytaxt indi mühüm siyasi, iqtisadi və idman tədbirlərinin mərkəzi kimi tanınır.

Özünə iddialı və xəyallar şəhəri. Hava limanından hotelə qədər geniş küçələri, memarlığı ilə diqqət çəkən ən müasir binaları heyranlıqla izlədim. Sürücünün "Astana bu gün gələcəyin şəhəri, xəyallar şəhəridir. Hər gün inkişaf edir və çiçəklənir" fikirlərinə haqq qazandırdım. Ən heyrətamiz formalı göydələnlər, müasir parklar, gözəl fəvvarələr və abidələr paytaxtın küçələrini bəzəyir.

Astana inkişafını Qazaxıstanın keçmiş dövlət başçısı Nursultan Nazarbayevə borcludur. Şəhər qarşısına dünyanın ən gözəl paytaxtlarından birinə çevrilmək kimi iddialı, lakin əldə edilə bilən bir məqsəd qoyub.

Paytaxtda qonaqları Qazaxıstanın tarixinə bələd olmaq üçün simvol yerlərlə tanış edirlər. Həzrət Sultan məscidi, Nazarbayev Universiteti, Bayterik qülləsi, Akorda Sarayı, Xan Çadırı, "Qazax eli" abidəsi kimi görməli yerlər şəhər haqqında təəssüratları zənginləşdirir.

Milli Muzey təkcə eksponatlar toplusu deyil, həm də Qazaxıstan tarixini öyrənmək və xalqının ruhunu yaşamaq üçün mədəniyyət, elm və ilham mərkəzidir. Kolleksiyada 200 mindən çox eksponat var. İl ərzində 10 mindən çox insan ziyarət edir.

Muzeyin 16 zalında Böyük Çöl sivilizasiyasını formalaşdıran tarixi şəxsiyyətlərin, mütəfəkkirlərin və hökmdarların irsi nümayiş etdirilir. Qızıl zallarda qədim köçərilərin unikal tapıntıları, o cümlədən İssık kurqanından tapılan "Qızıl Adam" sərgilənir.

Astana köçəri mədəniyyəti ilə gələcəyin memarlıq üslubunu bir araya gətirir. 2026-cı il Qazaxıstanda "Rəqəmsallaşdırma və Süni İntellekt İli" elan edilib. "Gələcəyin Mərkəzi: alem.ai" Süni İntellekt Muzeyi texnologiya və süni intellekt təcrübə mərkəzi kimi fəaliyyət göstərir.

Muzeydə süni intellektlə söhbət etmək mümkündür. Virtual bələdçi Ayla sualları cavablandırır və ziyarətçiləri istiqamətləndirir. Əsas sərgi süni intellektin gələcəyinə və cəmiyyətə təsirinə həsr olunub. Ziyarətçilər "Apple II" və IBM kimi əfsanəvi kompüterləri görə bilərlər.

Yuxarı mərtəbələrdə "TUMO Astana" yaradıcı texnologiya mərkəzi yeniyetmələrə proqramlaşdırma və robototexnika öyrədir. Dərslər tamamilə pulsuzdur. Mərkəz "gələcəyin şəhəri" platformasını təqdim edir.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...
Astana: keçmişlə gələcəyi birləşdirən şəhər | Bond.az