Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin işi üzrə yeni detallar ortaya çıxıb.
Hadisə 2025-ci il avqustun 22-də baş verib. Günorta yeməyi zamanı Murad anası Məhəbbət Qasımovanın kinayəli cavab verdiyini düşünərək əsəbləşib.
Mətbəxdə olan bıçaqla qadına ardıcıl zərbələr endirib. O an nənə və baba da mətbəxdə olub.
Murad hadisədən sonra qamışlıqda gizlənib, sonra polis tərəfindən saxlanılıb.
Məhkəmədə o, ittihamı qəbul etsə də, ifadə verməkdən imtina edib. İstintaq zamanı anası ilə münasibətlərinin gərgin olduğunu deyib.
Murad peşman olmadığını bildirib. O, 15 il 6 ay həbs cəzası alıb.












