Azərbaycanın qədim şəhəri Gəncədə əsrlərdir yaşadılan Aşura adətləri bu gün də canlıdır. Məhərrəm ayının 10-cu günü - Aşura mərasimlərində yol kənarlarında ehsan süfrələri qurulur. Bu süfrələr ev sahibləri, yaxud ticarət obyektlərinin sahibləri tərəfindən təşkil olunur.
"Hər il Aşura günü ehsan süfrəsi qururuq. Qonşular yığışır, paylaşırıq. Yoldan keçənlər də çox olur: qadınlar, uşaqlar, tanımadıqlarımız", - deyə bir sakin Baku TV-yə bildirib.
Başqa bir sakin isə vurğulayıb: "Aşura mərasimi peyğəmbər ailəsinə böyük hörmət və ehtiramın ifadəsidir. Bu günün dəyərləri çox müsbətdir. Süfrədəki çörək, hətta su belə Allah yanında dəyərli sayılır və insanların ruhuna şəfa verir."












