İyunun 21-dən avtomobil sığortası haqqının hesablanması qaydaları dəyişir. Yeni qaydalara əsasən, sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.
Oxu.Az Xəzər TV-yə istinadən bildirir ki, təkcə sahibin deyil, etibarnaməsi olan şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq.
Mərkəzi Bankın dəyişikliyinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olanların sayı birdən çox olduqda, ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.
Ekspert Vüsal Bədəlov deyib ki, sığorta haqqı ən çox risk əmsalı olan şəxsə görə hesablanacaq.
Əvvəllər sürücülər etibarnamə ilə yüksək ödənişdən yayına bilirdilər, lakin yeni qaydalar bunun qarşısını alacaq.
Ekspert qeyd edib ki, bu dəyişikliklər sığorta xidmətinin inkişafına müsbət təsir edəcək.












