Baku TV-nin "O vaxtlar" verilişinin qonağı ilahiyyatçı, qəzəlxan və axund Azər Sani olub.
O, müasir dövrdə mənəvi dəyərlərin qorunmasının çətinləşdiyini vurğulayıb: "Yaxşı və pis insan hər dövrdə olub. İndi günah adiləşdiyi üçün imanı qorumaq daha çətindir. Əyləncələr və mənasız şeylər çoxaldığından insanlara vaxt tez keçir kimi gəlir. Əslində zamandan səmərəli istifadə etmək lazımdır".
Axund həmçinin fədakarlıq anlayışına toxunub: "İnsana ən böyük zərbə vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir. Amma yaxşılığı Allah üçün edirsənsə, nankorluq səni qorxutmur. Çünki əminsən ki, yaxşılığın mükafatı Allahdan qayıdacaq".











