Sosial şəbəkələr uşaq və yeniyetmələrin həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformalar ciddi təhlükələr də yaradır.
ATV-nin hazırladığı videomaterialda mütəxəssislər xəbərdarlıq edir: uşaqlar oyun zamanı şəxsi məlumatlarını paylaşaraq kibertəqib və şantaj riski ilə üzləşirlər.
Ekspert Üzeyir Şəfiyev qeyd edir ki, yad təsirlər və mənfi trendlər Azərbaycan məktəblilərinə də sirayət edir. Cinayət hadisələrinin xarakteri dəyişir.
Sosial şəbəkələrdəki "ideal həyat" görüntüləri yeniyetmələrdə özünü müqayisəyə səbəb olur. Unudurlar ki, bu, aysberqin yalnız görünən tərəfidir.












