Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraitinə görə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti olsa da, bu, reyslərin icrasına təhlükə yaratmır. Buna görə də marşrut üzrə uçuşlar davam edir.
Qeyd olunub ki, aviaşirkət vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görür. Uçuş cədvəlində dəyişiklik olarsa, sərnişinlərə məlumat veriləcək.












