Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında əlverişsiz hava şəraiti səbəbindən AZAL Naxçıvana uçuşları ləğv edib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşlar bərpa olunacaq.
"Sərnişinlərin təhlükəsizliyi əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.












