Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya qeyri-məqbul alan abituriyentlər üçün ikinci imtahan keçirəcəyini elan edib.
Qeydiyyat mayın 25-dən iyunun 2-si saat 23:59-dək https://eservices.dim.gov.az/erizebak/azdili2/ linki vasitəsilə aparılacaq.
9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər isə bu linkdən: https://eservices.dim.gov.az/erizetex/erize2/ istifadə edə bilərlər.
Abituriyentlər qeydiyyat üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
İkinci imtahan iyunun 21-də keçiriləcək.












