Baku TV-nin "Aktual Gündəm" verilişində Azərbaycan və Gürcüstan arasında təbii qaz əməkdaşlığı və yeni tranzit razılaşmaları müzakirə olunub.
Verilişdə Bakı-Tbilisi-Qars dəmir yolunun Çindən Avropaya yeni marşrut açması, Bakı-Tbilisi xəttinin qlobal ticarət mərkəzinə çevrilməsi və Orta dəhlizdə əməkdaşlığın hansı gücləri narahat etməsi kimi mövzular ətrafında müzakirələr aparılıb.
Politoloq Anar Əliyev, təhlükəsizlik eksperti Elşad Həsənov, millət vəkilləri Vüqar İskəndərov və Rasim Musabəyov fikirlərini bölüşüblər.












