Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində keçirilən "Russia & Islamic World Cooperation Expo 2026" sərgisində "Made in Azerbaijan" stendində nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
Stenddə kənd təsərrüfatı, sənaye və tikinti məhsulları, o cümlədən meyvə, çay, ədviyyat, zəfəran, fındıq, qənnadı məhsulları, şirələr, konservlər və mürəbbə təqdim olunub. Həmçinin Xəzər dənizi sahilində şəhər-kurort layihəsi də sərgilənib.
Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edib. Tatarıstan Rəisi Rüstəm Minnixanov stendi ziyarət edib.












