İyunun 5-i gecə Azov dənizinin Taqanroq körfəzində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları edilib. Gəmilərdə 25 Azərbaycan vətəndaşı olub.
Azərbaycan Xarici İşlər Nazirliyi hücum nəticəsində 5 nəfərin həlak olduğunu, 3 nəfərin yaralandığını təsdiqləyib. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdirilib.
XİN hadisə ilə bağlı lazımi tədbirləri görür. Səfirlik əməkdaşları hadisə yerinə yola düşüb. Vətəndaşların qaytarılması və konsulluq dəstəyi üçün işlər aparılır.
XİN həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.












