Bakı bulvarında klassik və super sürət avtomobillərinin festivalı davam edir. Tədbir Azərbaycan Avtomobil Federasiyası və Nazar Holdings tərəfindən təşkil olunub.
Dənizkənarı Milli Parkda keçirilən festivalda klassik avtomobillər, idman avtomobilləri və Supercar modelləri nümayiş etdirilir.
AAF-ın kolleksiyası və qeydiyyatdan keçmiş sahiblərin nəqliyyat vasitələri sərgilənir. Festival saat 16:00-dək davam edəcək.
Giriş sərbəstdir.












