Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar artıq Ucar stansiyasında da dayanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Yeni dayanacaq 2026-cı il iyulun 4-dən etibarən hər iki istiqamətdə tətbiq ediləcək.
Dəqiq hərəkət cədvəli ilə ADY-nin saytı və "ADY Mobile" tətbiqi vasitəsilə tanış olmaq mümkündür.












