Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişindaşıma imkanlarını genişləndirir.
Yay mövsümündə tələbatın artması səbəbindən 11 iyundan Bakıdan, 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşulacaq.
Biletlər dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqi vasitəsilə satılır.












