Bond.az White LogoBond.az Black Logo

Bakı-Tbilisi qatarında vaqon sinifləri açıqlandı

Bakı-Tbilisi qatarında komfort, komfort+ və lüks sinif vaqonlar haqqında ətraflı məlumat.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

ADY-nin yataq tipli müasir qatarları Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək.

Oxu.Az-a istinadən xəbər verilib ki, bu barədə ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

Qatar 6 vaqondan ibarətdir: 1 lüks, 1 qarışıq (lüks+komfort+), 3 komfort, 1 vaqon-restoran. Ümumi tutum 118 nəfərdir.

Komfort sinfində bir kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub.

Bundan başqa, qarışıq lüks və komfort+ vaqonunda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərlərində arakəsmə açılaraq vahid kupe halına salına bilər.

Vaqonlar İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal edilib və yeni nəsil təhlükəsizlik texnologiyaları ilə təchiz olunub.

Lüks sinif: ikinəfərlik kupelər, masa, televizor, duş kabinəsi, sanitar qovşaq.

Komfort+ sinif: ikinəfərlik kupelər, televizor, masa, əlüzyuyan.

Komfort sinif: dördnəfərlik kupelər, televizor.

Bütün kupelərdə fərdi temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası, seyf, elektrik yuvaları, internet, TV monitor, pult, qulaqlıq yerləri var.

Sərnişinlərə təmiz yataq dəsti və səfər paketi təqdim olunacaq.

Digər Xəbərlər
Bu gün / 01:00
|
631

Projektordan istifadə: Qanun nə deyir?

Avtomobillərdə projektordan istifadə qaydaları haqqında qanun nə deyir? Yaşayış məntəqələrində və kənarda istifadə şərtləri.

0
Dünən / 21:01
|
714

Azərbaycan ilk baytarlıq vaksinini istehsal edəcək

Azərbaycan bu ilin sonunadək ilk yerli baytarlıq vaksini istehsal edəcək. Quduzluğa qarşı vaksinlər beynəlxalq standartlara uyğundur.

0
Dünən / 20:31
|
679

Göygöldə su problemi: əsasən Yeni Qızılca kəndində

Göygölün Yeni Qızılca kəndində illərdir davam edən içməli su problemi sakinləri narahat edir. Suyun keyfiyyətsizliyi və təchizatın olmaması əsas şikayətlərdəndir.

0
Dünən / 19:31
|
558

Heyvanlar birjalarda satılacaq

Azərbaycanda heyvan bazarları birja formasına keçirilir. AQTA sədri bildirib ki, 28 bazar standartlara cavab vermir.

0
Dünən / 19:01
|
704

Bakıda qeyri-adi hadisə - Toyota Prius pilləkəndə qaldı

Bakıda qeyri-adi hadisə: Toyota Prius yaşayış binasının pilləkənlərində qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, sürücü avtomobili səkidən endirərkən ilişib.

0
Dünən / 18:31
|
441

Xəzər dənizi sürətlə kiçilir: rəsmi rəqəmlər

Xəzər dənizinin su səviyyəsi sürətlə azalır. Azərbaycan rəsmisi Əliağa Əzizov son 30 ildə 2.5 metr enmə olduğunu bildirib.

0
Dünən / 18:01
|
900

Ən çox saxtalaşdırılan məhsullar siyahısı

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar: spirtli içkilər, bal, kürü, kənd toyuğu. AQTA rəhbəri saxtakarlıq hallarından danışıb.

0
Dünən / 17:31
|
572

Doqquz ton uşaq qidası geri qaytarıldı

Azərbaycana idxal edilən 9 tondan çox uşaq qidası təhlükəli toksinlər səbəbindən ixracatçı ölkələrə geri qaytarılıb. AQTA sədri Qoşqar Təhməzli məlumat verib.

0
Dünən / 17:01
|
512

Türkmənistan 'Dostluq' tankerini təmtəraqla qarşıladı

Azərbaycanın hədiyyə etdiyi 'Dostluq' tankeri Türkmənbaşı limanına çatdı, təmtəraqlı qarşılama tədbiri keçirildi.

0
Dünən / 17:00
|
348

Sabah bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr olacaq. Qaz sızması aradan qaldırılacaq.

0
Dünən / 16:01
|
805

Yağış çimərlik biznesini vurdu

Yağışlı hava çimərlik biznesinə zərbə vurub. Novxanı çimərliklərində müştəri sayı kəskin azalıb.

0
Dünən / 15:02
|
540

Yeni Yasamal sakinləri su kəmərlərindən şikayətçi

Yeni Yasamal sakinləri magistral su kəmərlərinin səs-küy və vibrasiyasından şikayətçidir. Su təchizatı xidməti texniki səbəblərə görə qurğuların yerləşməsinin dəyişdirilə bilməyəcəyini bildirir.

0
...
Bakı-Tbilisi qatarında vaqon sinifləri açıqlandı | Bond.az