"Azərbaycan Dəmir Yolları" və "Gürcüstan Dəmir Yolları" arasında ilkin razılaşma əldə edilib.
Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün 08:41-də Tbilisiyə çatacaq. Geri dönüş isə Tbilisidən 21:00-da başlayıb Bakıya 06:24-də çatacaq.
Bakı-Tbilisi marşrutu üzrə dayanacaqlar: Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik (Azərbaycan), Qardabani və Tbilisi (Gürcüstan).
Əlavə məlumat veriləcək.












