Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Sıxlıq qeydə alınan ünvanlar:
- Heydər Əliyev prospekti, mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metrodan mərkəzə;
- "20 Yanvar" dairəsi;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsindən "20 Yanvar" metrosuna;
- 1-ci Göl kənarı yol, Ziya Bünyadov prospektinə;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsindən mərkəzə.












