Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sədrliyi çərçivəsində keçirilən AQEM Gənclər Şurasının 9-cu iclası yekunlaşıb. İclasda Yekun-tövsiyə sənədi qəbul olunub.
AQEM-in baş katibi Kayrat Sarıbay jurnalistlərə açıqlamasında bildirib ki, iclasın mövzusu Azərbaycanın ümumi yanaşmaları ilə tam uzlaşır: "Söhbət cəmiyyətlərimizin və şəhərlərimizin dayanıqlı inkişafından gedir."
O qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) davamı olaraq urbanizasiya məsələləri də müzakirə olunub. Şura növbəti tövsiyələr paketini qəbul edəcək.
Sarıbay vurğulayıb: "Gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və şəhərlərin inkişafı sahəsində gənclərin potensialından istifadəyə yönəlmiş bu tövsiyələr olduqca vaxtında və aktualdır."












