Bakının Nərimanov rayonunda yerləşən inzibati binanın təmiri üçün dövlət vəsaiti ayrılıb.
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tender elan edib. Satınalmanın dəyəri 8 milyon 938 min 796 manatdır.
Layihəyə əsasən, binada gücləndirmə, qazıntı, bünövrə və divarların möhkəmləndirilməsi işləri görüləcək.
Texniki şərtlərə görə, 3 200 kubmetr qazıntı, 3 400 kubmetr qruntun sıxlaşdırılması, 915 kvadratmetr suvağın sökülməsi nəzərdə tutulub.












